“Facebook” reklam elanlarında diskriminasiya ilə mübarizə məqsədi ilə 5000 tarqetinqi silib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət öz saytında tarqetinq və maarifləndirici xidmətlər üzrə alətlərini yeniləndiyini bildirib. Sözün məcazi mənasında bıçaq altına düşən tarqetinqlər etnik və dini səbəblərə görə olub.
Hərçənd bu seçimlər tamamilə qanuni məqsədlər, yəni maraq dairəsinə görə reklamlar qurmaq üçün istifadə olunub. Amma sosial şəbəkənin rəhbərliyi düşünür ki, istismarın qarşısını almaq daha önəmlidir. Sosial şəbəkənin alətlərində olan son yenilənmədən sonra belə tarqetinqlər bundan sonra əlçatmaz olacaq. Məsələn, xristian məzhəbi-evangelizm, Pasxa bayramı, hindlilərin mədəniyyəti, islam mədəniyyəti, buddizm və bir çoxları..
Daha əvvəl “Facebook” daşınmaz əmlakın ən təhlükəli sferalarını (icarə və satış), işə düzəltmə və kredit vermə kimi sahələri tanıyırdı. Məhz orada bəzi qruplar daima diskriminasiya ilə qarşılaşırdı. 2016-cı ildə isə sosial şəbəkə yuxarıda qeyd etdiyimiz elanlarda etnik mesajlar olduğu təqdirdə belə tarqetinqi avtomotik olaraq bloklayırdı.
Bildirilir ki, yaxın vaxtlarda “Facebook” reklamverənlərə yenidən sertifikatlaşdırmadan keçməyi təklif edəcək. Yenilənmiş xidməti “Facebook Ads Manager”də görə biləcəksiniz. Reklamverənlər platforma ilə əməkdaşlığı davam etdirmək üçün şirkətin maarifləndirici materialları ilə tanış olmalı olacaqlar. Bunlar isə reklamverənlərə kömək olacaq ki, onlar məqbul ya da diskriminasiya yaradan tarqetinqi (hədəfləməni) müəyyən edə bilsin. Sertifikatlaşdırmanı daha sonralar başqa alətlərdə və API-da görə biləcəksiniz.
Ötən həftə ABŞ-ın Mənzil və Şəhərsalma üzrə İdarəsi “Facebook”u ev sahiblərinin və əmlakçıların müəyyən bir kütləyə çatmasına maneə yaradan hədəflənməyə görə tənqid etmişdi. “Ad Age” isə yazır ki, şirkət isə yeniliklər ilə hakimiyyətin tənqidi arasında olan əlaqəni təkzib edib.
Qeyd edək ki, tarqetinqin məqsədi reklam elanlarının məhz seçilmiş kütləyə çatdırılmasıdır.