Bu yay “Pepsi” “Generations” adlı irimiqyaslı reklam kampaniyasını elan edib. Yeni kampaniya markanın pop-mədəniyyəti ilə olan çoxillik əlaqəsini əks etdirir.
Facemark.az xəbər verir ki, markanın “Generations” (Nəsil) adlı layihəsi bütün pərəstişkarlarına keçmiş onilliklərin atmosferi ilə əhatə olunmağa və mədəniyyət və musiqidə dəyişən nəsillərin ruhunu hiss etməyə şərait yaradıb.
Kampaniya çərçivəsində “Pepsi” 8 bankadan ibarət məhdudlaşdırılmış məhsullarını bazara buraxıb. Onlardan 6-da isə musiqinin 40, 50, 60, 80, 90-cı illərdə olan dövrlərini əks etdirən stil hakim olub.
Həmçinin limitli sayda olan kolleksiyanın 2-də pop-musiqisinin kralı hesab olunan müğənni Britni Spirs və Maykl Ceksonun ikonları əks olunub.
“Pepsi ilə əməkdaşlıq etmək mənim üçün həmişə xüsusi olub. “Generations” kampaniyasında iştirak etməkdən məmnunam. Düşünürəm ki, kampaniya əyləncəli, orjinaldır və tamamilə musiqiyə həsr edilib. Markanın məhsulunda təsvirimin əks olunması isə şərəfdir. Səbrsizliklə fanatlarımın reaksiyalarını gözləyirəm”, - deyə Britni Spirs deyib.
“Pepsi” interaktiv kampaniyasını “Yandex” media xidmətləri şirkəti ilə davam etdirib. Belə ki, “Yandex.Music” xidmətinin əsas səhifəsi musiqinin müxtəlif dövrlərinin ən parlaq anları ilə təsvir edilib. İstifadəçilər xidmət vasitəsi ilə müxtəlif vaxtlarda marka ilə əməkdaşlıq edən musiqiçilərin mahnılarına qulaq asa bilib və xoş zaman keçiriblər.
“Pepsi Generations” kampaniyası, həmçinin bu yay keçirilən əsas festivallardan biri olan “VK Fest”in də bir parçası olmağı bacarıb.
Festivalda marka üçün ayrılmış stendə fanatlar müxtəlif dövrlərin hitlərinə qulaq asa, “Pepsi”nin tarixi haqqında videoya baxa və “Dad Test”indən keçə bilərdilər. “Bullet Time” zonasında “Ulduzlar kimi rəqs” edə, 3D-foto çəkdirə və Maykl Cekson, Britni Spirs, Şakira kimi rəqs edə bilərdiniz.
Marka, kampaniya çərçivəsində dizaynerlərə də ilham olmağı bacarıb. Belə ki, dizaynerlər ilə markanın əməkdaşlığı çərçivəsində küçə stilində olan geyimlərin məhdudlaşdırılmış seriyası hazırlanıb.




























