Odnoklassnikidə (OK.ru) İspaniya və İtaliya çempionatlarının birinci matçlarının translyasiyası baş tutub.


Facemark.az xəbər verir ki, ümumilikdə 15 translyasiya 10,5 milyondan çox (10-u İspaniya və 5-i İtaliya) baxış yığıb. La Liqa matçlarına 3 milyondan çox unikal istifadəçi baxıb. Çempionatın A seriyası üzrə unikal auditoriyanın sayı isə 2,5 milyon nəfərdən çox olub.


“Telesport” şirkəti tərəfindən təşkil edilmiş translyasiya şəbəkənin “Сила” telekanal qrupunda da yayımlanıb. Avqustun 17-dən 20-dək futbol üzrə adıçəkilən iki ölkənin çempionatlarının translyasiyasına ümumilikdə 4,6 milyon nəfər unikal auditoriya baxıb.


Seriyada ən məşhur translyasiya Kriştiano Ronaldonun “Yuventus”dakı debüt oyunu olub. A seriyasında “Yuventus” “Kievo” futbol komandası ilə qarşılaşıb. Bu oyun 2 milyondan çox baxış yığıb, unikal tamaşaçı sayı isə 1,6 milyon nəfər olub.


Qeyd edək ki, bu mövsümdə OK Avropa futbol liqasının 2 matçını yayımlayır. La Liqanın birinci mövsümü OK-da 144 milyondan çox baxış yığmışdı. Ümumilikdə 293 translyasiyaya 19 milyondan çox unikal istifadəçi baxmışdı.


İdman reportajlarını Vladimir Stoqnienko, Kiril Dementyev, Aleksey Andronov və s. kimi Rusiyanın məşhur şərhçiləri aparır. Azarkeşlər bu dəfə Rusiyanın ən güclü futbol analtiklərindən biri hesab olunan Vadim Lukomskini ekspert rolunda görəcəklər.


Bütün matçlara istənilən qurğuda baxmaq mümkündür. Məsələn, sosial şəbəkənin veb versiyasında, OK-un tətbiqinin iOS, Android əməliyyat sistemlərində, Smart TV, Android TV texnologiyaları ilə televizorun böyük ekranında da izləmək əlçatandır.