Smartfon istehsalçıları yeni telefonların reklamında çalışırlar ki, nəyisə müzakirə etməkdən daha çox, onun unikal imkanlarını göstərsinlər.


Düzdür çox az adam şəkillərin pikseli və diafraqmaları haqqında anlayışa sahib olurlar. Amma çəkilən çoxlu fotolar arasından ən keyfiyyətlini seçməyi hər kəs demək olar ki, bacarır.


Amma burada hiylələr var


Əksər markalar öz reklam çarxlarında smartfondan çəkilən fotoları göstərərək, istifadəçilərə telefonların təkmilləşdirilmiş versiyasını tanıtdırır.


İstifadəçilərə hiylə işlədilmədən göstərilən belə “üsul” potensial müştərilərə təsvirin parlaqlığını, hərəkətlərin çəkiliş vaxtı aydınlığını, portret rejiminin keyfiyyətini göstərməyə şərait yaradır. Fikir vermisinizsə, şəkillər çox zaman çox keyfiyyətli təsir bağışlayır, amma hər bir insanda belə bir sual yaranır. Doğrudanmı bu fotolar istehsalçının yeni smartfonundan çəkilib?


Belə ki, bir müddət əvvəl “Huawei” özünün yeni “Nova 3i” smartfonunda kameranın imkanlarını göstərmək üçün yeni promo bazara buraxmışdı. Gəlin qəbul edək ki, fotolar çox gözəl alınıb, amma potensial alıcıları təəssüfləndirəcək xəbər isə budur ki, onlar peşəkar kamera ilə çəkilib. Həqiqət isə, reklama çəkilən aktrisanın çəkilişlər ilə bağlı fotonu “Instagram”da paylaşmasından sonra ortaya çıxıb. Fotodan aydın görünür ki, aktyor reklam çarxı üçün smartfonu əlində saxlayır, arxa planda isə peşəkar apparat ilə çəkiliş gedib.