Rusiyanin pərakəndə şirkəti olan “X5 Retail Group” müştərisi olmayan ilk mağazasını (dark store) açıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilib.


Ticarət nöqtəsi “Perekrestok” brendi altında fəaliyyət göstərməyə başlayıb və sahəsi 4,4 min kvadrat metrdir. Müştərisi olmayan mağazanın formatına görə, ora yalnız şirkətin əməkdaşları müraciət edə bilər. Mağaza alıcıların onlayn xidməti və internetdən sifarişlərin formalaşması üçün nəzərdə tutulub.


Kompaniya düşünür ki, yeni layihə şirkətin internet mağazası olan “Perekrestok”un effektivliyini 3 dəfə artıracaq. Hazırda onlayn mağaza 1000 nəfər alıcıya xidmət edir. Yeni mağazada 20 000 -ə qədər məhsul yerləşdirmək mümkün olacaq. “Dark Store”də işləri yerinə yetirmək üçün 600 əməkdaş və 70 avtomobil cəlb ediləcək.



Xatırladaq ki, ilin əvvəlindən məlum idi ki, “X5 Retail Group” “Perekrestok” mağazalarını “dark store” formatında Moskva və Sankt-Peterbruqda açacaq. Həmin vaxt deyilirdi ki, şirkət bir obyektin açılmasına 70-90 milyon rubl (təxminən 1- 1,4 milyon dollar arası -red.) arası pul xərcləməyi planlaşdırır.


Qeyd edək ki, marketlərin bu cür modeli xaricdə populyardır. Bu üsuldan “Amazon”, “Tesco” və s. kimi şirkətlər istifadə edir.