“YouTube” platforması sentyabrın 7-də dünya bazarında satışa çıxarılacaq “The Nun” qorxu filminin qısa reklam çarxını bloklayıb. Buna baxmayaraq reklam 460 000-dən çox baxış sayı yığan platformada yer alır.


Facemark.az xəbər verir ki, bu barədə “The Drum” portalı məlumat verir.


Platformada yer alan altı saniyəlik reklamın ilk əvvəlində göstərilir ki, videoda səs necə dəyişir, amma çarxın sonuncu saniyələri isə ən qorxulu olanıdır.


Bir çox istifadəçilər filmin yeni reklam çarxından qorxuya düşüblər və “YouTube”un platformanın siyasətini pozduqları haqqında şikayət ediblər. Bundan sonra video çarx platformada bloklanıb.