“Odnoklassniki”nin (OK.ru) yeni qrup səsli və videozəng xidmətinə 100 nəfər həmsöhbət qoşula biləcək. Bu isə rabitə xidmətinin keyfiyyətinə təsir etməyəcək.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. Qrup zənglər ikiqat uyğunlaşan texnologiya üzrə yerinə yetirilir.
Belə ki, əvvəlcə istifadəçilər p2p bağlantının köməyi ilə birbaşa zəngləşirlər, amma zəng edən neyroset miqdarının artımı vaxtı isə server vasitəsilə zənglər yönəldilir.
Zənglər zamanı video axını həmsöhbətlər arasında onların fəallığından asılı olaraq bölünür. Əgər həmsöhbətlərin sayı çox, amma aktiv olmadıqda onlar yalnız səsli zəng formatında görünəcək. Onlar danışmağa başayan zaman isə kamera ilə birgə video səs ekranında görünəcək. Parametrlər hər qrup iştirakçısı üçün fərdi olaraq təşkil edilir.
Başlanğıc üçün video zəngə bir həmsöhbət əlavə etmək lazımdır, daha sonra dost siyahısını genişləndirmək olar. Bundan başqa, video zəng iştirakçılarından hər biri öz həmsöhbətini video zəngə qoşa bilər. Yaxın gələcəkdə video zənglər çata inteqrasiya olunacaq.
Bununla istifadəçilər foto, fayl, video yükləyə biləcəklər. Söhbətlər bütün qurğularda avtomatik sinxronlaşdırılacaqlar. Məsələn, siz kompüterdə söhbətə başlaya, onu smartfon üzərindən davam edə bilərsiniz. Qrup zənglərinin iştirakçıları, həmçinin iyunun başlanğıcında OK zənglərində çıxan artırılmış reallığın effektlərindən istifadə edə biləcəklər.
Xatırladaq ki, martda OK süni intellektin idarəsi altında səs və video zəng xidməti yaratmışdı. Yeni texnologiya şəbəkəyə qoşulmağa ayrılan vaxtı azaltmağa və keyfiyyətli əlaqə qurmağa kömək olmuşdu.
