“Facebook” şirkətinə aid olan “WhatsApp” messenceri istifadəçilərin yazışmalarında “ucdan uca” şifrələnmə sistemindən imtina etməyə (ing. end-to-end encryption) görə qərar qəbul edib.


Facemark.az xəbər verir ki, “Akket” portal yazır ki, bu isə xüsusi xidmət orqanlarına istifadəçilərin yazışmalarını oxumalarına imkan verəcək.


Güman edilir ki, kompaniyanın belə qərar qəbul etməsinə ABŞ hakimiyyətinin istəyi səbəb olub. Yeni qərardan sonra insanların təhlükəsizliyi təmin ediləcək və gələcəkdə baş verə biləcək terror hərəkətlərinin qarşısını almaq üçün xüsusi xidmət orqanları yazışmalara asanlıqla giriş əldə edəcəklər. Beləliklə, portal yazır ki, bununla “end-to-end encryption” təhlükəsizlik sistemi aradan qaldırılmayacaq, sadəcə giriş zəiflədiləcək.


Mark Zuckerberg isə deyib ki, şifrələnmənin zəiflədildiyi növbəti yeni əlavə artıq gələn ildən işləməyə başlayacaq. Bu yenilik baş verən kimi isə şirkət istifadəçiləri dəyişiklik və onun səbəbləri haqqında məlumat verəcək.


Qeyd edək ki, yeni ildən messengerdə yeni reklamlar görünəcək, şirkət bununla reklamverənlərin sayını genişləndirməyi hədəfləyir.