Kosmetika markası “L’Oréal” “Facebook”da artırılmış reallıq (AR) əsaslı tətbiq yaradıb. Bu istifadəçilərə imkan verir ki, onlar məhsulu almamışdan öncə, onu öz üzərlərində yoxlaya bilsinlər.
Facemark.az xəbər verir ki, bu barədə “The Drum” yazır.
Nəşrin məlumatına görə, “Facebook” ilə “L’Oréal” arasında əməkdaşlıq kommersiya deyil, texnoloji xarakter daşıyır.
Kompaniyanın rəhbəri Urban Decay “Facebook” rəsmiləri ilə uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalayıb. Belə ki, sazişə görə, “L'Oréal Paris”, “Lancôme”, “Giorgio Armani” və “Yves Saint Laurent” kimi brendlər “Facebook”un artırılmış reallıq (AR) texnologiyasından istifadə edə biləcəklər.
Xatırladaq ki, iyunda şirkət “Facetime” stilində şəxsi yeniliyini təqdim etmişdi. Belə ki, yenilik çərçivəsində mobil qurğuların istifadəçiləri peşəkar stilistlərlə NYX əlavəsi vasitəsilə əlaqə qura bilirdilər. İstifadəçilər peşəkar stilistlərdən pulsuz məsləhətlər alırdılar.
Daha əvvəl, “L’Oréal”ın rəqibi olan “Coty” isə “Shoppable-AR” “Snapchat”ın AR texnologiya əsaslı tətbiqlərindən birinə investisiya etmişdi.