Çində 2018-ci ilin ikinci yarısında “ağıllı” telefonların satışları 5,9% aşağı düşüb. Buna baxmayaraq adıçəkilən ölkənin bazarında “ağıllı” telefonların orta satış qiyməti 15% artım göstərib.
Facemark.az xəbər verir ki, bu barədə araşdırma və konsultasiya şirkəti olan IDC-nın hesabatında qeyd olunub.
Konsultasiya və araşdırma şirkətinin məlumatına, əsasən bu ilin ikinci yarısında ümumilikdə 104,8 milyon ədəd “ağıllı” telefon satılıb. Ötən ilin analoji dövründə isə satılan cihaz ədədi 111 milyon səviyyəsində olub. Yəni, bir ildə satışlar təxminən 6% düşüb. Markalar səviyyəsində satış və bazar payı aşağıdakı şəkildə olub:
“Huawei” 28,5 milyon satış və 27,2% bazar payı ilə birinci sırada yer alır. İkinci sırada 21,2 milyon satış və 20,1%-lik payla “Oppo” qərarlaşıb. Siyahıdakı digər markaların satış ədədi və bazar payları aşağıdakı kimidir:
“Vivo” (Satış: 19,9 milyon ədəd, bazar payı: 19%), “Xiaomi” (Satış: 14,5 milyon, pay: 13,8%) ve “Apple” (Satış: 7 milyon, pay: 6,7%). Digər markaların satışı 13,7 milyon və bazar payı isə 13,1% səviyyəsində olub.
İlin qalan hissəsinə üfüqi satış proqnozları hakimdir.
Ötən ilin eyni dövri ilə bu dövri qarşılaşdırdığımızda satış və bazar payı səviyyəsində ən yüksək artımı 24,3% ilə “Vivo” markasında görürük. “Vivo”dan sonra isə 21,7% ilə “Huawei” gəlir. “Oppo”da 5,5% ve “Xiaomi”de isə 2% artım var. İlk beşlik içində tək azalma göstərən marka isə “Apple” olub. Markanın illik itkisi 12,5% səviyyəsindədir.
Mənbə: DigitalAge