Səudiyyə Ərəbistanlı şahzadə Velid bin Talal “Snapchat” Inc.”in 2,3%-lik səhmini 950 milyon Səudiyə Ərəbistanı rialına (təxminən 250 milyon dollar) aldığını açıqlayıb.
Facemark.az xəbər verir ki, şahzadə özünə aid olan internet saytı üzərindən “Snapchat”a investisiyanın detalları barəsində də məlumat verib. Buna görə, şahzadə ilə “Snapchat Inc.” arasında razılıq səhm üzrə ortalama 11 dollardan mayın 25-i tarixində başa çatıb.
Talal qeyd edib ki, “Snapchat” dünyanın ən innovativ sosial media platformaları arasında yer alır: “Platformanın hələ yeni-yeni öz potensialını göstərməyə başladığına inanırıq. Bunun bir hissəsi olmaqdan dolayı da qürur duyuruq”.
Qeyd edək ki, hələ 2015-ci ildə şahzadə investisiya ilə bağlı “Snapchat”ın baş icraçı direktoru Evan Şpigel və şirkətin baş təhlükəsizlik mütəxəssisi İmran Xan ilə görüşüb. Amma daha sonra məsələ ilə bağlı irəliləyiş müşahidə olunmayıb.
Xatırladaq ki, ötən gün “Snapchat”ın 2018-ci ilin ikinci maliyyə rübü ilə bağlı hesabatı açıqlanmışdı. Hesabata görə, qeyd olunan dövrdə kompaniyanın gəlirləri 44% artıb və illik ifadədə 262 milyon dollara çatmışdı. Şirkətin zərəri isə 353 milyon dollar olmuşdu. Gün ərzində “Snapchat”ın aktiv istifadəçilərinin sayı 2% azalaraq, 191 milyon nəfərdən 188 milyon nəfərə (azalma 3 milyon nəfər) düşmüşdü. İstifadəçi bazasının azalması əlavənin yenidən dizayn olunması ilə əlaqələndirilmişdi.
Mənbə: MediaCat
