Reper, hip-hop ifaçısı Feduk “Sony”nin audioməhsulları (EXTRA BASS) üzrə reklam siması seçilib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Sony” bu addımı ilə audiotexnika bazarında olan yenilikləri gənclərin ürəyini fəth edən Feduk ilə əməkdaşlıq nəticəsində çatdırmağa çalışır.
Sony EXTRA BASS məhsullarına əyləncə gecəsi üçün lazım olacaq inkişaf etmiş funksiyaları olan qulaqcıq, naqilsiz səsucaldıcılar və digər audiosistemlər daxildir. Adıçəkilən məhsullar parlaq işıq, güclü səs xüsusiyyətlərinə malikdir və nəmə qarşı müdafiə olunmuşdur.
Reper “Sony”nin adıçəkilən məhsulu barəsində deyib ki, “Mənim üçün əsas olan keyfiyyətli səsdir. “Sony” isə əfasənəvi brenddir. Extra Bass audio məhsulları təkcə səs ötürmür, həmçinin onu müasirləşdirir”, - deyə reper sözlərinə əlavə edib.
Qeyd edək ki, marka ilə reperin əməkdaşlığı hələ VK Fest 2018 festivalında başlayıb. Belə ki, Feduk festivalın əsas səhnəsində çıxışından sonra, “Sony EXTRA BASS” stendində rəqs müsabiqəsinin baş hakimi rolunda çıxış edib. Yarışın qalibi olan iştirakçılar isə EXTRA BASS audiotexnika məhsullarını və məşhur ulduzdan avtoqraf əldə ediblər.
“Sony Electronics Rusiya”nın və MDB ölkələrinin səs məhsulları üzrə marketinq rəhbəri Oqava İçiro isə deyib ki, “Sony ənənəvi olaraq səs bazarında ekspert rolunu oynayır. Buna görə də, biz hər il müxtəlif kateqoriyada olan audioməhsullar üzrə yeni qərarlar qəbul edirik. Bizim üçün bu gün gənc musiqiçilərin yalnız trendləri izləməsi kafi deyil. Onların səslənmənin keyfiyyətinə ayırdıqları diqqət bizim üçün də əhəmiyyətlidir. Feduk kimi peşəkar, emosional biri ilə əməkdaşlıq etmək “Sony” audioməhsullarını gənclərin həyatının tərkib hissəsi etməyimizə və EXTRA BASS emosiyalarını onlara hədiyyə etməyimizə kömək olacaq”.
