İngiltərənin Reklam Standardları Agentliyi qlobal qida nəhəngləri olan KFC və “Kellogg’s” reklamlarına qadağa qoyub.
Facemark.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb isə adıçəkilən şirkətlər öz reklamlarında sağlamlığa zərərli məhsulları uşaqlara təşviq edici, şişirdilmiş şəkildə təqdim etmələri olub. Agentliyin iddiasına görə, hər iki məşhur firma reklamlarında yüksək şəkərli məhsullarını şişirdilmiş şəkildə təqdim etməklə reklam haqqında qaydaları kobud şəkildə pozurlar.
Agentlik əlavə edir ki, “Kellogg’s” Mr. Bean cizgi xarakterindən istifadə etdiyi “Coco Pops” reklamları uşaqlarda həmin məhsulu istəməyə həvəs oyandırır. Agentlik, həmçinin KFC-nin yeni “milkshake” məhsulunu tanıdan “outdoor” reklamının məktəbə yaxın olmasından dolayı da narahatdır və bunu təhlükəli hal hesab edir.
Məsələ ilə bağlı hər iki markadan açıqlama gəlib.
Kellogg’s: “Bu, qərar bizi məyus etdi. Adıçəkilən reklamın tək məqsədi bir öncəki məhsulumuza görə, daha sağlam olan “Coco Pops Granola”yı tanıtmaq olub.
KFC: “Reklamın məktəbin yaxınlığında olması bəsit bir xətadır. Agentliyin xəbərdarlığından sonra dərhal götürülüb”.

