“Ağıllı” telefonlarla olan əlaqəmiz illər içində çox dəyişikliyə məruz qaldı. Onlar həyatımızı asanlaşdıran, həyat tərzimizin keyfiyyətini yüksəldən və daha çox məlumata qısa müddət içində çatmağımıza kömək olan cihazlar idi. Amma gəlin etiraf edək ki, bu gün hər birimiz onların sanki əsiriyik. Həyatımıza “Phubbing” deyilən anlayış daxil oldu. Artıq sosial fəaliyyətlərimizdə telefona baxmaq və ya baxmamaq kimi düşüncə tərzi yarandı.
Telefonlara o qədər çox vaxt ayırmağa başladıq ki, sosial media asılılığını həyatımızdan nə qədər vaxt aldığına əhəmiyyət vermədik. Sosial media asılılığı dörd bir yanımızı əhatə etdikdən sonra isə texnologiya nəhəngləri bu istiqamətdə addımlar atmağa başladı.
Öncə “Google” I/O 2018-də, daha sonra isə “Apple” WWDC 2018 kommunikasiya sistemlərinin yeni versiyalarında insanların tətbiqlərə ayırdıqları vaxtı ölçərək rəqəmsal sağlamlıq anlayışını həyatımıza daxil etdi. “Facebook” da bu trendi izləyən digər bir nəhəng şirkətlərdən biri oldu. Avqustun 1-də edilən açıqlama ilə “Facebook” və alt şirkəti “Instagram” adıçəkilən platformalarda xərclənən zamanı izləyən yeni sistemin işə salınacağını elan etdi.
Texnologiya şirkətləri bizim qayğımıza qalır
“Google” və “Apple”ın bu addımları telefonlarımızla olan bütün əlaqələrimizi sanki gözdən keçirməyimizə səbəb olacaq. Nə də olsa bütün tətbiqlərə hökm edə bilirlər. “Facebook” isə geri qalmamaq üçün öz məhsullarına bunu sirayət edir. Fiziki bir məhsulu olmadığı üçün böyük miqyaslı aksiyalar həyata keçirə bilməsə də, o da insanlara qayğı göstərdiklərini bildirmək istəyir.
Kommunikasiya sistemlərindən öncə, öz platformalarında bunu həyata keçirməsi bəlkə də bizə xoş təsir bağışlayacaq. “Facebook” və “Instagram”da istifadə ediləbiləcək yeni vasitələr arasında, aktiv panel, gündəlik xatırlatma, bildirişlərə sərhəd qoymaq dayanır. Bu vasitələrdən istifadə etmək üçünsə hər iki tətbiqin tənzimləmələr menyusuna baş çəkməyiniz kifayət olacaq.
“Instagram” üzərində “Your Activity”, “Facebook”da is “Your Time on Facebook” menyusuna daxil ola bilərsiniz. Bu menyualarda tətbiqlərdə xərclədiyiniz zaman, gündəlik istifadə limiti üçün xatırlatma yaratmaq və bu limiti keçəndə isə informasiya vermək kimi tənizləmələr yer alır. Həmçinin, bildiriş tənzimləmələri menyusundan da bildirişlərin sıxlığı müəyyən zaman aralığında bağlana bilər. “Facebook” tətbiq içində keçirilən vaxta sərhəd, nəzarət etmək kimi kəlimlər yerinə xatırlatmağa üstünlük verəsi də çox güman ki təsadüfi deyil.
Bir daha xatırlatmaq yerinə düşər ki, bu sisemlər çox yaxında “Facebook” və “Instagram” da aktiv olacaq.

