“Instagram” bir neçə ay bundan əvvəl, platformada vertikal-şaquli videoların paylaşılmasını asanlaşdırmaq üçün “IGTV” formatını istifadəyə vermişdi.
Facemark.az xəbər verir ki, belə bir həmləni “YouTube” da edib. Belə ki, populyar video xidməti dekabrda mobil tətbiqinə gətirdiyi şaquli formatı indi PC üçün də aktiv edib. “YouTube” videonun eni və uzunluğunu avtomatik olaraq PC ekranına uyğun şəkildə tənzimləyir.
Videonu uyğun şəkildə böyüdür və izlərkən narahatlıq yaradan qara boşluqları da yox edir. “YouTube”un son yeniliyi ilə artıq 16:9 ölçüsündə olan videolar da izləmək mümkün olacaq. Artıq “YouTube”a yüklənən köhnə 4:3 en-uzunluq nisbəti standardında olan və ya “ağıllı” telefonlarla çəkilən 9:16 nisbətindəki şaquili videolar qeyd etdiyimiz kimi qara çərçivələr olmadan izləyəcəksiniz.
Adıçəkilən yenilik hazırda sadəcə “Google”un öz brauzerindən istifadə edənlər tərəfindən istifadə edilir. Yeniliyi sevməyən istifadəçilər isə “Google Chrome” və ya “Chromium” əsaslı brauzerlərin yerinə, başqalarından istifadə edə bilər.
Qeyd edək ki, “Instagram” iyunun 5-də fraqmanı ilə yeni video paylaşım platforması IGTV-ni təqdim etmişdi. 1 saata qədər uzunluqda olan şaquli videolar birbaşa olaraq mobil istifadəçiləri hədəfə almışdı. Buna qədər isə istifadəçilər “Instagram”da uzunluğu 1 dəqiqədən çox olmayan videolar paylaşa bilirdilər.