2018-ci ilin üçüncü rübünün maliyyə nəticəsinə görə, “Apple” şirkəti 53,3 milyard dollara qədər gəlir əldə etdiyi haqqında hesabat verib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 17%-lik artım deməkdir.
Nəticələr bütün bütün illər içində ən yaxşı göstəricidir. Kompaniyanın xalis mənfəəti 11,5 milyard dollara çatıb ki, bu isə analtiklərin proqnozlarından olduqca yüksəkdir. Gəlirlərdəki artım “Apple”in bütün regionları üzrə qeydə alınıb. Hesabata görə, satışlarda da şirkət artım əldə edib. Belə ki, kompaniya 41,3 milyon “iPhone” smartfonu satıb. 11,55 milyon iPad planşet kompüteri, 3,7 milyon ədəd isə “MacBook” noutbukları satılıb. Bu hesabat dövründə şirkətin ümumi gəlirin 56%-ni təşkil edib.
“Biz bütün “Apple” tarixində ən yaxşı rüb göstəricilərini sizə xəbər verməkdən şadıq”, - deyə kompaniyanın açıqlamasında qeyd edilib. Şirkətin cari ilin dördüncü rübü ilə bağlı şəxsi proqnozlarına görə, gəlirlər 60 milyarddan 62 milyard dollara qədər təşkil edəcək. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 16-19%-lik artım deməkdir.
Digər texnoloji və internet şirkətləri investorların gözləntilərini doğrultmayıb. Bazardakı azalma isə rüblük maliyyə nəticələrinin aşağı olması ilə əlaqələndirilib. Məsələn, 2018-ci ilin 2-ci rübü ərzində “Facebook”un korporativ haqq-hesabı analitikləri məyus edib. Maliyyə hesabatının nəşrindən sonra “Facebook”un səhmlərinin dəyəri 20%-dən çox aşağı düşüb. Şirkətin səhmlərinin ucuzlaşması M.Zuckerbergin şəxsi sərvətinə də təsir edib. Belə ki, biznesmen nə az, nə çox təxminən 17 milyard dollarını itirib.