Populyar messencer olan “Telegram” Rusiyada auditoriyasının 1/5-ni itirib. Mobil əlavənin gündəlik istifadəçilərinin sayı iyunda may ilə müqayisədə 21% azalıb.


Facemark.az xəbər verir ki, bu barədə RBK “Mediascope”un araşdırmasına istinadən xəbər verir.


2018-ci ilin iyununda mobil əlavədən hər gün 12-64 yaş arası orta hesabla 2,9 milyon rusiyalı istifadə edib. Onlar əhalisinin sayı 100 mindən çox olan şəhərlərdə yaşayan istifadəçilər olub. 2018-ci ilin aprel ayı ilə müqayisədə gündəlik auditoriyanın həcmi tarixi maksimuma (3Ş7 milyon nəfər) çatıb.


İyun və aprel aylarının müqayisəsində belə nəticəyə gəlmək olar ki, azalma 23%, may ilə müqayisədə isə 21% olub. 2018-ci ilin başlanğıcında, həmçinin başqa məşhur messencerlər də populyarlığını itirməkdədir. Beləliklə, iyun ayında “WhatsApp” mobil tətbiqinin gündəlik auditoriyası bir əvvəlki aya nisbətən 2% azalaraq 14 milyona düşüb.Viber istifadəçilərinin sayında da kəskin artım müşahidə olunmayıb.


İyun ayında auditoriya may ayına nisbətən 8% azalıb və 8,7 milyona çatıb. “Skype” isə auditoriyasını yayın ilk aylarında itirib. İyun ayında isə ruslar arasında beş populyar messengerlərdən biri olan “Google Chat”ın auditoriyasının həcmində müsbət dinamika müşahidə olunub. Artım isə 25%-dir. Amma bununla belə gəlin etiraf edək ki, Rusiyada “Google Chat”dan gündəlik istifadəçilərinin sayı mütləq rəqəmlərlə ifadə etdikdə elə də çox deyil.


Roskomnadzor xidmətinin rəhbəri Aleksandr Jarov isə açıqlamasında deyib ki, “Telegram”da istifadəçilər şəkil yükləyə, audio və video zəng xidmətlərində istifadə edə bilmirdilər: “Belə keyfiyyət isə əlbəttə istifadəçilərin sayının azalmasına gətirib çıxaracaqdır. “Telegram”ın istifadəçilərinin sayında maksimum artım isə apreldə qeydə alınıb. Həmin ərəfədə isə artıq messengerin bloklanmasına başlanmışdı”, - deyə xidmətin rəhbəri sözlərinə əlavə edib.


Xatırladaq ki, aprel ortasında Rusiyanın Roskomnadzor xidməti məhkəmədə iddia qaldırmışdır ki, “Telegram” Rusiya qanunvericiliyini pozduğuna görə, dərhal ölkə ərazisində fəaliyyəti dayandırılmalıdır. Bundan sonra isə, “Telegram” Rusiyanın qadağan edilmiş saytlarının reysterinə əlavə olunmuş və telekommunikasiya operatorlarına isə icazə verilmişdir ki, adıçəkilən messengeri bloklasınlar. Ancaq istifadəçilər VPN-dan və proksi-xidmətlərdən istifadə edərək blokirovkanı keçə bilərlər.