“Tinkoff Bank”ın 20 əməkdaşı işdən çıxarılıb. Buna səbəb isə bankın əməkdaşlarının yaradılmış işgüzar çatda etdiyi zarafatlar və “memes”lər (internetdə ən çox müzakirə edilən şəkil, video, GİF-lər və s.) səbəb olub.
Facemark.az xəbər verir ki, bu barədə VC öz mənbələrinə istinadən xəbər verir. Əməkdaşların işdən çıxarılması ilə bağlı ilk məlumat verən şəxs isə saytlardan birinin SMM-meneceri olan Dmitri Kolodin olub. Onun sözlərinə görə, bankın əməkdaşları messengerdə yaratdıqları kanalda zarafat və “memes”lərin mübadiləsi ilə məşğul olurdular.
Kolodinin nəşr etdiyi yazışmalara görə, bankın rəhbərliyi belə qənaətə gəlib ki, əməkdaşların bəziləri vaxtlarını işdən savayı aşağı mədəni ünsiyyət üçün sərf edir. Bəzi işçilər messengerdə yaratdığı kanallar üzərindən iş saatlarında “memes”ler ilə ünsiyyət qurublar. Məsələn, yaradılan kanalların birində 200 əməkdaş olub və kanalda 200 000-dən çox yazışmaya rast gəlmək olar. Əməkdaşları iş saatları ərzində messengerdə yaratdıqları kanal üzərində zarafatlaşmaları rəhbərliyin xoşuna gəlməyib.
Bu informasiyalar ictimaiyyələşəndən sonra isə kanal silinib. Kanalın yaradıcısı Yevgeniya Utkina də təsdiq edib ki, bankın bir sıra əməkdaşları işdən çıxarılıb. Anonim mənbələrin qeyd etdiyinə görə, messengerdə kanalın yaradılması və ordakı söhbətlərə görə 20 əməkdaş işini itirib və bank rəhbərliyi bunu iş şəraitində ən aşağı ünsiyyət səviyyəsi adlandırıb. Bu halda şirkət işçilərin qeyri-formal ünsiyyətinə qarşı deyil, amma işçilər “memes”lər ilə birgə çatda çox iş vaxtından istifadə edirdilər. Çatda gedən zarafatların formatı isə qeyri-etik idi.
Bankın rəsmi nümayəndəsi isə etik və korporativ dəyərlərin pozulmasına görə, bankın əməkdaşlarının işdən çıxarılması faktını təsdiq edib. Amma bankın rəsmisi Dmitri Kolodinin skrinşotları ilə bağlı nəsə deməkdən imtina edib. İşçilərin dəqiq hansı səbəbdən dolayı çıxarılması ilə bağlı isə bankı rəsmisi açıqlama verməyib.
“Biz bir neçə əməkdaş ilə dəfələrlə olan xəbərdarlıqdan sonra yollarımızı ayırmalı olduq. Onlar şirkətdə təkcə, etik və korporativ dəyərləri pozmurdu”, - deyə bankın açıqlamasında qeyd edilib.
