“Hopper HQ” xidməti “Instagram”ın ən bahalı influencerlərinin adını açıqlayıb. “Instagram Rich List” reytinqi artıq ikinci dəfədir ki, nəşr edilir.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən il reytinqdə liderliyə müğənni Selana Gomez başçılıq edib. 2018-ci ci ildə isə “Instagram”ın ən bahalı influenceri model Kayli Cenner olub.


Model, reytinqdə bacıları Kendall Cenner və Kim Kardaşyanı keçə bilib. “Hopper HQ” ən yüksək gəlir əldə edən bloggeri müəyyən etmək üçün daxili və ictimai məlumatları analiz edib. Xidmət ulduzların gəlirlərini təxmin etmək üçün onların “Instagram”da auditoriyasının sayını, postların paylaşma sıxlığını, auditoriyanın cəlbi məsələlərini nəzərə alıb.


Bildirilir ki, ötən il model Kayli Cenner reytinqin 4-ci pilləsində qərarlaşıb. O, hər sponsorlu reklam paylaşımı üçün 400 000 dollar alıb. Hazırda isə o, yuxarıda da qeyd etdiyimiz kimi “Instagram Rich List” reytinqinə başçılıq edir. “Instagram”da hər reklam postu ona 1 000 000 dollar qazandırır. Cennerin hazırda “Instagram”da abunəçilərinin sayı 110 000 000 nəfərdir.


Reytinqin ikinci pilləsində isə müğənni Selena Gomez qərarlaşıb.Müğənninin “Instagram”ında reklam yerləşdirmək istəyən şirkətlər 800 000 dollarından imtina etməli olacaqlar. Buna baxmayaraq onun auditoriyasının sayı adıçəkilən sosial platformada rəqibindən daha çox 138 000 000 nəfərdir. Üçüncü yerdə isə futbolçu Kriştiano Ronaldo qərarlaşıb. Markalar ona əməkdaşlıq üçün 750 000 dollar ödəməyə hazırdırlar. Kim Kardaşyan bir paylaşım üçün 720 000 dollar alır. TOP 5-liyi isə müğənni Beyonce (700 000 dollar) bağlayır.



TOP 10-ğa həmçinin aktyor Duein Conson (650 000 dollar), Castin Biber (630 000 dollar), futbolçu Neymar (600 000 dollar), Lionel Messi (500 000 dollar), Kaylinin daha bir bacısı Kendall Cenner (500 000 dollar) düşüb.





Məşhur olmayan adi influencerlərin qazanclarına baxdıqda aşağıdakı mənzərənin şahidi olacaqsınız. Belə ki, dəb üzrə blogger Xuda Kattan (33 000 dollar), “internet ulduzu” Eleonora Pons ( 32 000 dollar), video montaj üzrə dahi Zak Kinq (30 000 dollar), video blogger Keymeron Dallas (25 000 dollar), fitnes-model Sommer Reyi (20 000 dollar) qazanır.




“Instagram Rich List” reytinqində, həmçinin ən müxtəlif kateqoriyalar üzrə (gözəllik, moda, fitnes, yemək, idman, səyahət, həyat tərzi) ən uğurlu bloggerlərin adı və “Instagram”da reklamlardan əldə etdiyi gəlirlə bağlı məlumatlarla tanış ola bilərsiniz.