ABŞ-ın elektron pərakəndə nəhəngi, Türkiyə bazarına da daxil olmağa çalışan “Amazon” 2018-ci ilin ikinci rübünün nəticələrini elan edib.


Facemark.az xəbər verir ki, hesabata görə, elektron pərakəndə nəhəngi qeyd olunan dövrdə 2,5 milyard dollar mənfəət əldə edib. Bu isə şirkətin tarixi boyunca bir rübdə əldə etdiyi ən yüksək mənfəət hesab olunur. Ötən ilin analoji dövründə (aprel-iyun) isə kompaniya 197 milyon dollar mənfəət əldə etmişdi.


“Amazon”un xalis mənfəəti artıq ard-arda üç rübdür ki, 1 milyard dolları keçir. Firmanın ötən ilin ikinci rübündə hər səhm üzrə mənfəəti 0,40 dollar olub. Bu ilin müvafiq dövründə isə adıçəkilən miqdar 5,07 dollara çatıb. Bu məlumatların açıqlanmasından sonra, “Amazon”un səhmlərinin dəyərində yüksəliş müşahidə olunub.


Ekspertlər isə deyir ki, “Amazon”un bazar dəyəri 900 milyard dolları aşacaq. Bu isə dünyanın ən böyük bazar dəyərinə sahib “Apple”ı keçəcək. Analtiklərin proqnozlarına görə, şirkət bu il içində 1 trilyon dollarlıq baryeri ötüb keçəcək.