2018-ci ilin 2-ci rübü ərzində “Facebook”un korporativ haqq-hesabı analitikləri məyus edib. Maliyyə hesabatının nəşrindən sonra “Facebook”un səhmlərinin dəyəri 20%-dən çox aşağı düşüb.
Facemark.az xəbər verir ki, “Bloomberg” nəşri qeyd edir ki, şirkətin səhmlərinin ucuzlaşması M.Zuckerbergin şəxsi sərvətinə də təsir edib. Belə ki, biznesmen nə az, nə çox təxminən 17 milyard dollarını itirib.
2018-ci ilin ikinci rübü ərzində şirkət 13,23 milyard dollar qazanıb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə gəlirlərdə 42% artım müşahidə olunub. Ancaq bu göstəricilər 13,36 milyard dollar gəlir proqnozlaşdıran analtiklərin gözləntilərinə cavab verməyib. Kompaniyanın xalis mənfəəti isə 5,11 milyard dollara çatıb.
Şirkətin 2018-ci ilin ikinci rübündə reklamdan gələn gəlirləri 42% artaraq 13 milyard dollardan çox olub. Amma maliyyə hesabatına görə, “Cambridge Analytica” qalmaqalından sonra şirkət istifadəçilərin məlumatlarının təhlükəsizliyi üçün addımlar atmağa başlayıb. Bu tədbirlər çərçivəsində şirkətin xərcləri 7,37 milyard dollara çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 50% artım deməkdir. Sosial şəbəkənin istifadəçilərinin sayı ilə bağlı nəticələr də analtiklərin proqnozları ilə üst-üstə düşməyib. Platformanın aktiv istifadəçilərin sayı 2,23 milyarda çatıb. Analtiklərin istifadəçilərin sayı ilə bağlı proqnozları isə 2,25 milyard dollar olub. Buna səbəb isə Avropada “Facebook” istifadəçilərinin sayında azalma olub.
“Bloomberg” qeyd edir ki, əgər Mark Zuckerbegin səhmlərinin dəyəri düşməyə davam edəcəksə, bu halda o dünyanın ən zəngin 3-cü adamı mövqeyini itirə bilər.
Qeyd edək ki, “Bloomberg” agentliyin özü tərəfindən hazırlanan dünyanın ən zəngin insanlarının siyahısından bəhs edir.