Cari ilin iyun ayında Çinin “Huawei” şirkəti yeni məhsulu olan “Honor” ilə Rusiyanın internet mağazalarında satışlar üzrə Amerikanın “Apple” markasını belə qabaqlayaraq birinci olub.


Facemark.az xəbər verir ki, bu barədə “Vedomosti” öz mənbələrinə istinadən xəbər verir.


Ədədlərlə ifadə etdikdə, iyunda “Huawei”in adıçəkilən bazarın onlayn satışlarında həcmi 4 bənd-21%-ə qədər artıb. “Apple”ın onlayn satışlarda payı isə 2 bənd və ya 19% azalıb. “Samsung” isə bazarın cəmi 13%-ni “əlində” saxlayıb. “Huawei” “Samsung”un Rusiyadakı payını hələ çoxdan əldə etməyi bacarıb. Belə ki, may ayında onların bazardakı payı 20% və 22,8% olub. İyunda isə “Huawei” bazardakı 24,4% payı ilə “Samsung”u 23,2% göstərici ilə qabaqlayıb.


İyunda Rusiya bazarında “Huawei”in smartfonlarının satışlarının həcmi may ilə müqayisədə 15%-dən çox artıb. Amma nəşr qeyd edir ki, onlayn satışlardakı həcm isə daha yüksək olub.


“Məhz internet mağazaları “Huawei”ə kömək edib ki, satışlarda Cənubi Koreya rəqibini (Samsungu nəzərdə tutur-red.) qabaqlasın”, - deyə “Mobile Research Group” şirkətinin aparıcı analtiki Eldar Murtazin deyib. Analtikin fikirincə, marka endirim və promoaksiyalar hesabına alıcı cəlb edə bilmişdi. “AliExpress” Rusiyanın nümayəndəsi Anton Panteleyev isə “Huawei”in onlayn satışlarda birinci olması il bağlı deyib ki, adıçəkilən marka satışlarda aktiv iştirak edir və davamlı olaraq marketinq kampaniyaları həyata keçirir.