Cənubi Koreyanın “Samsung” şirkəti artıq növbəti ilin başlanğıcında 7 düymlük smartfonunu bazara təqdim edəcək.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, smartfonu kağız kimi yarıya qədər belə qatlamaq mümkün olacaq.


Bu barədə isə “The Wall Street Journal” (WSJ) qacetin hazırlanması ilə tanış olan mənbəyə istinadən yazıb. Nəşr yazır ki, smartfonun qatlanmış vəziyyətdə olan bir tərəfində ekranın dar zolağı, digərində isə kameralar görünəcək. Model çalışma adını “Winner” alıb. Nəşrin məlumatına görə, yeni smartfon ilk növbədə oyun bazarında əlçatan olacaq. Yeni modelin qiymətinin isə 1500 dollardan çox olacağı gözlənilir.


“Samsung”un ilk qatlanan smartfonu yanvarın 8-dən 12-dək keçiriləcək CES 2019 sərgisində nümayiş olunacaq.