Avropa İttifaqı (Aİ) “Google”un “ağıllı” telefon və planşet kimi mobil cihazlarda istifadə etdiyi Android əməliyyat sistemində bazar hakimiyyətini mənfiyə istifadə etdiyi üçün 4,3 milyard avroluq rekord səviyyədə pul cəzası qərarı aldığını açıqlayıb. Bildirilib ki, “Google” 90 gün içində strategiyasında dəyişikliyə getməlidir.


Aİ hələ 2016-cı ildə “Google”u Android əməliyyat sistemi ilə bazara dominatlıq etmək və rəqabət qaydalarına riayət etməməkdə günahlandırmışdı. Belə bir iddia “Google”un öz axtarış sistemlərində və digər çeşidli tətbiqlərinini Android cihazlarda yüklü olaraq təklif etməsindən qaynaqlanırdı.


Araşdırmada, “Google”un çeşidli cihaz istehsalçıları ilə etdiyi razılaşmalarda “Google” axtarış, “Play Store” və Chorme brauzerini öncədən yüklətməyə məcbur etdiyi və bəzi telefon istehsalçılarına “Google” axtarışı öncədən yükləmələri halında ödəmə etdiyi ortaya çıxarılmışdı. Dünyanın ən çox istifadə olunan “ağıllı” telefonlarda əməliyyat sistemi olan Android “Google”un bir çox tətbiqi üçün önəmli gəlir mənbəyi rolunu oynayır.


“Google”dan cəza sonrası açıqlama


“Google” qərarın alınmasında sonra yazılı açıqlamasında bu sətrlərə yer verib:


“Android hər kəs üçün daha çox alternativ yaratdı, daha az deyil. Güclü bir ekosistem, sürətli innovasiya və daha aşağı qiymətlər sıx rəqabəti fərqləndirən xüsusiyyətlərdəndir. Aİ-nin qərarı ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”.


Qeyd edək ki, 2015-ci ildə Rusiyanın Federal Antiinhisar Xidməti oxşar pozuntulara görə “Google”u günahlandırmışdı. Xidmət “Google”a bağlı tədqiqatı “Yandex”in müraciətindən sonra baxmışdı. Xidmət aparılan araşdırmanın nəticəsində texnologiya şirkətini 438 milyon rubl (7 milyon dollar-red.) cərimə etmişdi. Şirkət məhkəmədə pul cəzasına etiraz etməyə çalışmışdı. Amma 2017-ci ilin aprel ayında tərəflər arasında əldə edilən dünya sazişin görə, cərimə “Google” tərəfindən tam həcmdə ödənilmişdi. 2017-ci ildə də Avropa İttifaqı “Google”u axtarış sistemlərindəki manipulyasıyasına görə günahlandırmış və şirkətə 2,4 milyard avro pul cəzası tətbiq etmişdi.