“Google” şirkəti marketoloqlara öz kampaniyalarını həyata keçirmək üçün məlumatlara daha çox çatmaq şansı verir. Bununla şirkət çalışır ki, marketoloqlar daha uğurlu kampaniyalar həyata keçirtsinlər.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Mediapost” yazır.
Bildirilir ki, kompaniya sorğu üzrə API yenilənməsini həyata keçirib. Bu isə marketoloqlara hər sorğu üzrə 25 000 sətrlik məlumat almağa icazə verəcək. Əvvəl isə bu rəqəm 5 000 olub. Şirkət, həmçinin məlumatların axtarışının köməyi ilə marketinq üzrə icmalı yaradıb. Nəşr qeyd edir ki, bu dəyişikliklərin tətbiqi ilə məlumatlar bir yerdə istiqamətlənəcək və marketoloqlar bütün kanallarda kampaniyalarını dəstəkləmək üçün daha çox məlumat əldə edə biləcəklər.