“Google” şirkəti reklamverənlər və marketoloq üçün yeni “Google Ads” xidməti haqqında danışıb. Bundan sonra süni intellekt yerləşdirilən reklamları daha effektiv etməyə kömək olacaq.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Google”un məhsulların idarə edilməsi üzrə vitse-prezidenti Cerri Dişler yeni funksiyanın necə işləməsi haqqında öz bloqunda yazıb. Reklamçı 15 başlıq və 4-ə qədər reklam mətni tərtib edə bilər.


Maşın təliminə əsaslanan sistem müxtəlif auditoriyada mümkün kombinasiyaları yoxlayır və bütün variantlara reaksiyaları təhlil edir. Daha sonra hər bir istifadəçi üçün (onun yaşını, yaşadığı yeri və s. nəzərə alaraq) optimal variant seçir.


Beləliklə, eyni axtarışı etmiş insanlar müxtəlif reklamlar görəcəklər. Belə alətin üstünlükləri arasında marketoloqların reklam elanlarının yerləşdirilməsinin təsirliliyini və gəlirliliyinin artırmasıdır.


Rusiya mətbuatı yazır ki, Türkiyənin onlayn platforması olan “GittiGidiyor” artıq “Google”un yeni xidmətindən istifadə edir. Yeni alət platformanın öz biznesində reklam xərclərinin 28% rentabelləşdirilməsinə və satışların 4% artmasına kömək olub.


Qeyd edək ki, “Google”un innovasiyası “Google Marketing Live” konfransında elan edilmişdi.