“Facebook” “Cambridge Analytica” şirkəti ilə əməkdaşlıq etdiyinə görə, ilk cəriməsini alıb.
Facemark.az xəbər verir ki, “The Guardian” yazır ki, iki şirkətin əməkdaşlığı nəticəsində on milyonlarla istifadəçinin məlumatları sızdırılmışdır. Cərimənin miqdarı isə nə az, nə çox düz 500 000 funt sterlinqdir.
Nəşrin məlumatına görə, şirkət 2018-ci ilin birinci rübündə hər 5,5 dəqiqəyə görə 500 000 funt sterlinq qazanıb. Cəza Böyük Britaniya İnformasiya Kommissiyası Ofisi tərəfindən (ICO) qoyulub. Kommisiya bildirib ki, şirkət 1998-ci ilin məlumatların qorunması haqqında iki qanunun müddəalarını ciddi şəkildə pozub.
Qeyd olunur ki, şirkət sosial şəbəkə istifadəçilərinin şəxsi informasiyalarının qorunması ilə bağlı təhlükəsizliyi təmin etməyib. Üçüncü şəxslər tərəfindən məlumatlardan necə istifadə olunması ilə bağlı detalları istifadəçilər ilə bölüşməyib. “Facebook”un cəza ilə bağlı olaraq etiraz etmək üçün isə cəmi 28 günü var.
Xatırladaq ki, şirkət 2018-ci ilin birinci rübündə 11 milyard dollar qazanıb. Ekspertlər isə qeyd edir ki, 500 000 funt sterlinq dəyərindəki cəza “Facebook”un gəlirləri qarşısında kiçik bir məbləğdir.