“Instagram” istifadəçiləri öz “Stories”lərində interaktiv suallar paylaşa biləcəklər.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd edilib.


Sosial şəbəkəyə foto və videonu yüklədikdən sonra, istifadəçi stiker bölməsindən öz sorğusunu elan edə bilər. Suallara isə bir neçə dəfə cavab vermək olar. Nəticələr yayımı görən istifadəçilərin siyahısında görünəcək.


Hesabın sahibi suallardan birini cavablandırdığı təqdirdə, sorğunu göndərən istifadəçilərin məlumatları gizlənəcək. Yenilənmə sorğu iştirakçıları ilə dioloqu davam etdirməyə imkan verir. Hesabın sahibi, hər bir sorğuya ayrı Stories ilə cavab verə bilər.


Funksiya iOS və Androiddə əlçatandır. Sosial şəbəkə Stories funksiyasını aktiv inkişaf etdirir. Bir ay əvvəl “Instagram”ın yenilənməsi ilə Storiesə şəxsi kataloqdan musiqi əlavə etmək mümkün olmuşdu. Lakin, yeniləmə yalnız iOS üçün əlçatan idi.