“Xiaomi”nin yeni flaqmanı “Mi MIX 2S” Türkiyədə “GittiGidiyor” onlayn platformasında satışa çıxarılıb.


Facemark.az “DigitalAge”ə istinadən xəbər verir ki, “Xiaomi Mi MIX 2 S”in 6GB RAM+64 GB versiyası 3157 TL (1137 manat-red.) kampaniya qiyməti ilə istifadəçilərə təqdim olunub.


Fiyat/performans nöqteyi nəzərindən üstünlük qazanan “Xiaomi”nin böyük bir maraqla gözlənən flaqman gəmisi “Xiaomi Mi Mix 2S”, çərçivəsiz ekran dizaynı və cəlbedici arxa kameranın funksiyaları ilə maraq doğurur.


5.99 inçlik IPS LCD ekranında 2160x1080 piksel görüntü təklif edən bu “ağıllı” telefonda ön kamera alt tərəfdə, səs gücləndiriciləri isə üst tərəfdədir. 7000 seriyalı alüminium gövdəyə sahib “Xiaomi Mi Mix 2S” 8.1 mm-yə və 189 qram ağırlığı ilə funsional istifadə təklif edir.


İlk dəfə naqilsiz şarj texnologiyasının istifadə olunduğu modelin real zamanda tərcümə və valyuta çevirmək üçün də istifadə olunan arxa kamerası mövcuddur. “Xiaomi Mi Mix 2S” süni intellekt ilə 206 nöqtəyə qədər qəbuletməsi ilə sahənin xüsusiyyətlərini avtomotik olaraq analiz edəbilən cüt lensli arxa kamerası mövcuddur. Tənzimləmələr də bu informasiyalara görə qurulur.