Dünya miqyasında milyonlarla insan tərəfindən istifadə edilən “WhatsApp” ötən ay mavi klik, görüntülü zəng, qrup söhbətlərində səsli zəng, dinamik saat çıxarışları, “WhatsApp” story və mətnlə emoji axtarma funksiyalarını gətirmişdi.


Facemark.az xəbər verir ki, “WhatsApp” dünyanın ən çox üstünlük verildiyi söhbət tətbiqi ilə yanaşı, qlobal olaraq bütün dünyanın aktiv olaraq hər cür informasiyanı çatdırdığı vasitə olmaqda davam edir.


Tətbiqdəki ən böyük problemlərdən biri isə, heç şübhəsiz virus kimi yayılan saxta informasiyalar olduğunu deyə bilərik. “WhatsApp” bu nöqteyi nəzərdən yeniliyini elan edib.



Belə ki, “WhatsApp” istifadəçiləri artıq başqa biri tərəfindən yazılmış mesajı başqa birinə göndərdiyi zaman mesajın üst qismində “forwarded”, yəni “yönləndirildi” informasiyası yer alacaq.


“WhatsApp”ın yeni versiyasında əgər mesaj başqa biri tərəfindən sizə göndərilibsə, bu yazılar italik font olaraq görünəcək. Bu funksiya saxta informasiyalara məruz qalan istifadəçilər üçün böyük önəm daşıyır. “Yöndərildi” mesaj funksiyası öncə 200 milyondan çox “WhatsApp” istifadəçisinə sahib Hindistanda aktiv ediləcək. İlk olaraq Hindistanda çıxmasının səbəbi isə istifadəçinin çoxluğundan yanlış bilgilərin daha tez və sürətli şəkildə yayılmasıdır.