“Samsung” dünyanın ən böyük cib telefonu fabrikini açdığını elan edib. İyulun 9-da Hindistanda açılan fabriki ilə “Samsung” dünyanın ən sürətlə böyüyən cib telefonu bazarında genişlənmə planlarını həyata keçirmiş olacaq.
Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, fabrik Hindistanın paytaxtı Yeni Dehlidən, yəni şəhər mərkəzindən bir qədər uzaq olan Noidada əyalətində açılıb. Kompaniyanın belə bir qərar qəbul etməsi isə Çin kimi istehsalçı mərkəzlərin gedərək daha da bahalaşması olub.
Hindistanın baş naziri Narendra Modi və Cənubi Koreya prezidenti Moon Jae-in-ın da iştirak etdiyi açılış mərasimdə deyilib ki, “Samsung” Hindistanın ən böyük ikinci “ağıllı” telefon bazarına sahibdir.
Açılış mərasimində çıxış edən Narendra Modi əlavə ki, “Samsung” 717 milyon dollarlıq investisiyası ilə Hindistan bazarındakı iş əlaqələrini gücləndirəcək, eyni zamanda iki ölkə arasındakı münasibətlərdə də önəmli rola sahib olacaq”.
İldə 120 milyon telefon istehsal ediləcək
“Samsung” yeni fabriki ilə Noidadada istehsal həcmini iki qat artıracaq və beləliklə ildə 120 milyon telefon istehsal ediləcək. Xatırlatmaq yerinə düşər ki, “Samsung” 2007-ci ildən bəri Hindistanda cib telefonu istehsal edir. Firmanın planları arasında adıçəkilən bazarda istehsal edilən telefonları ixrac etmək də var.
Baş nazir Modi, elektronik ehtiyat hissələrinin istehsalı üçün “Make in India” proqramı çərçivəsində çap dövriyyə kartı (PCB) və kamera hissələrinə aprel ayının əvvəlində 10%-lik idxalat vergisi gətirib.
Modi bu qərarı ilə ölkədə elektron ehtiyat hissələrin istehsalını təşviq edərək məşğulluğa fayda verməyi hədəfləyir.
Bundan başqa, fevralda alınan qərarla LCD panellərdə 15%, litium ion batareyalarda 10-20% və şarj adapterləri və kabelli qulaqcıqlar, qəbuledici və antena kimi müxtəlif qurğular üçün də 5-15% arasında əlavə vergi dərəcələri gətirib.

