WPP reklam qrupuna daxil olan “Kantar Millward Brown” agentliyi “BrandZ 2018” markaların qlobal reytinqini elan edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, reytinqdə liderliyi texnologiya şirkəti əldə edib. Belə ki, siyahının birinci pilləsində 302,1 milyard dollar dəyəri ilə “Google” qərarlaşıb. Onun dəyəri bir öncəki ilə nisbətən 23% artım göstərib.


“Google”u 300,6 milyard dollarlıq dəyəri ilə “Apple” izləyib. Markanın dəyəri ötən illə müqayisədə 28% artıb. Üçüncü yerdə isə marka dəyəri bir ildə yarıya qədər artan “Amazon” qərarlaşıb. Adıçəkilən markanın dəyəri isə 207,6 milyard dollardır.



Növbəti üçlükdə birinci isə “Microsoft” şirkəti olub. Baxmayaraq ki, şirkətin dəyəri ötən il 40% artaraq 201 milyard dollara çatmışdı. Marka “BrandZ”ın reytinqində cəmi bir bal itirərək ümumi siyahının 4-sü olub. “Microsoft”u isə Çin texnologiya şirkəti “Tencent” izləyib. Kompaniyanın bir ildə dəyəri 65% artaraq 176 milyard dollara çatıb. Siyahının altıncı isə “Facebook” şirkəti olub. Kompaniya il ərzində 25%-lik artım göstərib və markanın dəyəri 162 milyard dollara çatıb.


Bir il ərzində marka dəyəri kəskin bahalaşan brendlərin kateqoriyasında isə “Netflix”in dəyəri 73% artaraq 12,1 milyard dollara çatdığı qeyd olunub. Reytinqə daxil olan digər brendlərin marka dəyərini öyrənmək üçün aşağıdakı fotolara baxa bilərsiniz.