Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı (DÇ-2018) ilə əlaqədar olaraq onlayn taksi xidmətinin istifadəçilərini sayı 2,3 dəfə artıb.
Facemark.az xəbər verir ki, bu barədə “Kommersant” Rusiyanın telekommunikasiya şirkəti “Vimpelcom”un hesabatına istinadən bildirir.
Qeyd edilir ki, adıçəkilən operator iyunun 14-dən 28-dək mobil internet istifadəçilərinin şəxsi olmayan məlumatlarını analiz edib və bu qənaətə gəlib ki, yarış zamanı iri taksi xidməti “Yandex Taksi” bazar payının 5,2%-ni itirib. “Rutaxi” və “Citymobil” onlayn taksi xidmətləri kimi oyunçular isə bazardakı payını müvafiq olaraq 2 və 1,6 bənd artırıblar. Bildirilir ki, turnirin keçirildiyi 11 şəhərdə onlayn taksi daşıyıcılarının unikal istifadəçilərinin sayı 111% artıb.
“Vimpelcom”un rəsmisi deyib ki, yarışların keçiriliyi Moskvada onlayn taksi xidmətinə müraciət edənlərin sayı 2,3 dəfə artıb: “İstifadəçi aktivliyi isə hansı komandanın oynamasından asılı olmayaraq fəal olub”.
Operatorun məlumatına görə, idman yarışlarının başlamasından sonra onlayn taksi xidməti “Yandex Taksi”nin bazarda payı 66%-lə birinci, “Citymobil” 13% ilə ikinci, “Rutaxi” isə 11,5% ilə üçüncü olub. Operatorun hesabatında göstərilir ki, “Gett” və “Uber” kimi taksi xidmələri yarışlar dövründə bazarda müvafiq olaraq 3,6% və 0,7% yer tutublar. Bazarın 5,4%-ni isə digər lokal şirkətlər tutub.