“Audi” brendinin yeni A7 markası üçün Rusiyada genişmiqyaslı kampaniya təşkil edilib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kampaniya müxtəlif sahələrdə paylaşılıb: RBK və TV1000 kanalında, radioda, “YouTube”da, “Instagram Stories”də, qeyri-standart görüntülü digital kanallarda və s. Kampaniyanın adıçəkilən platformalarda yerləşdirilməsi ilə isə PHD agentliyi məşğul olur. Kampaniyanın məqsədi yeni model “Audi A7”nin işə düşməsi barəsində insanları məlumatlandırmaqdır.
Bu model, “Audi” markasını yenilənmiş vizual üslubunu təyin edən dizayner flaqmanıdır. Yeni duyğusal kampaniya ilə marka “Audi A7”nin qüsursuz görüntüsünə və texnoloji üstünlüklərinə fokuslanır.
“Audi Russia”nın marketinq direktoru Olesya Kozlova deyib ki, “Biz daim çalışıq ki, məhsullarımızda olduğu kimi reklam kampaniyalarında da auditoriyamıza ən yeni, maraqlı, ilham verən həlləri təklif edək. Audi A7 yeni dizayn dilin elçisidir. Audi A7 hər detalı ilə müştərini heyrətləndirəcək, öz seqmentində ən gözəl və texnoloji avtomobildir”.
