Yüzlərlə kənar şirkət “Gmail” istifadəçilərinin məktublarına girişə malikdir.
Facemark.az xəbər verir ki, The Wall Street Journal yazır ki, hələ bir il bundan əvvəl Google söz vermişdi ki, Gmail hesablarında poçt qutularının məzmununa girişi bağlanılacaq. Lakin hazırda proqram təminatı şirkətləri şəxsi məlumatları əldə edə və yazışmaları görə bilirlər.
Gələcəkdə belə informasiyalardan isə reklamverənlər istifadə edə bilər. Xəbərdə qeyd olunur ki, istehsalçılar istifadəçilərin məlumatlarını o vaxt əldə edirlər ki, onlar “Gmail” üzərindən bağlı olan mağazada qiymətlərin müqayisəsi üzrə xidmətlərə, marşrutların planlaşdırılmasına və əlavələrin başqa kənar funksionallarına abunə olublar.
Nəşrin mənbələrinin sözlərinə görə, “Google” 3-cü tərəf şirkətləri poçt qutuları üzərində nəzarəti həyata keçirmir. The Wall Street Journal öz mənbələrinə istinadən qeyd edir ki, Return Path adlı şirkət Google istifadəçilərinin 2 milyondan çox poçt qutuda olan informasiyanı yığıb.
Microsoft, Yahoo, Google-dan alınan informasiyalar reklamverənlərə verilir. Bunun üçün şirkət gün ərzində 100 milyon məktubu nizama salır. Qeyd edilir ki, daha əvvəl Return Path şirkəti istifadəçilərin məktublarını izləyib ki, şirkətin proqram təminatının düzəldilməsinə kömək olsunlar. Nəşr bildirir ki, bu hazırlanan alqoritmləri yaxşılaşdırmağa çalışan proqramçılar üçün adi bir təcrübədir.
Şirkətin baş direktoru The Wall Street Journal-a bildirib ki, kompaniya Gmail üçün məktubları oxuyan və tərtib edən tətbiq hazırlayırdı, buna görə şirkətin əməkdaşları “Gmail” istifadəçilərinin məktublarını şəxsən oxuyub. Buna cavab olaraq “Google”dan deyiblər ki, şirkət “Gmail”ə daxil olmaq istəyən bütün “developer” və istifadəçiləri yoxlayır.
Şirkət əmin edib ki, eyni zamanda istifadəçilər üçüncü tərəf şirkətləri onların poçlarına daxil olmasının qarşısını ala bilir. Kompaniyadan bəyan ediblər ki, “developer”lər yalnız istifadəçilərin razılığı olduğu təqdirdə onların məlumatlarından istifadə edə bilərlər. Google o zaman “Gmail”də məktublar yoxlayır ki, artıq burda təhlükəsizlik amilini qiymətləndirmək lazım olur, ya da müştəri tərəfindən bu icazə alınıb. Nəşr comScore saytının məlumatlarına istinadən yazır ki, “Gmail”i hazırda 1,4 milyarddan çox insan istifadə edir. Bu isə bütün internet istifadəçilərinin 3-də 2-i deməkdir.