“Cambridge Analytica” qalmaqalından sonra haqqında qanuni işlər başladılan “Facebook”, ABŞ parlamentlər tərəfindən idarə olunan 2 minə yaxın suala 747 səhifəlik sənəd hazırlayıb.
Facemark.az xəbər verir ki, “Facebook” həmin sənəddə istifadəçi informasiyalarını paylaşdığı firmaların da siyahısını əlavə edib.
Cavab mətnində “Facebook”un “inteqrasiya tərəfdaşlığı” adlandırdığı API razışamalarını etdiyi istehsalçı və operatorların adlarını qeyd edib. 21 və 22-ci səhifələrdə paylaşılan siyahıda 52 firma yer alıb.
Accedo ilə başlayan Zing Mobile ilə bitən siyahıda Apple, Microsoft, Oppo, Samsung, Huawei, ZTE kimi məşhur markalar da mövcuddur. Yuxarıdakı siyahıda qeyd olunan şirkətlərlə əməkdaşlıq çərçivəsində sosial platforma istifadəçilərinin informasiyaları “Facebook”un müdaxiləsi olmadan bu şirkətlərə çatıb. Bu firmalar, həmçinin “Facebook” istifadəçilərinin dostlarının informasiyalarını əldə edə biliblər. Bu razılaşmalardan bu günə qədər 38-i başa çatıb, 8-i isə qarşıdakı aylarda sonlandırılacaq və geriyə Tobii, Amazon, Apple, Mozilla, Alibaba ve Opera qalacaq.
“Facebook”un 747 səhifəlik sənədində daha bir siyahı da diqqəti cəlb edir. Burada da sosial media nəhənginin istifadəçi informasiyalarını paylaşdığı 61 ayrı “developer” yer alıb. 95-ci səhifədə yer alan siyahının ilkincidən fərqi, mövcud şirkətlərin informasiyalara çatması sadəcə istifadəçilərin icazəsi olarsa mümkün olması olub. Ancaq bir dəfə icazə alınan istifadəçinin dostlarının informasiyalarına əlçatanlıq mümkün olub. Həmin şəxslərin də bu barədə heç bir məlumatı olmayıb. Bu siyahıda AOL, Mail.ru, Nike, Nissan, UPS, Spotify, Snap markalar yer alıb.
Yuxarıdakı iki siyahıya əlavə edilə biləcək beş firma daha var. Bunlar Activision/Bizarre Creations, Fun2Shoot, Golden Union, IQ Zone/PicDial və Peek Social. Bu şirkətlər istifadəçilərin dostlarının informasiyaları daxil bir çox məlumata “beta test” razılığı çərçivəsində əldə edə biliblər. Ancaq bu sistemə çox da tez-tez müraciət edilməyib və onsuz da hazırda qeyd olunan şirkətlərin informasiyalara əlçatanlığı dayandırılıb.

