Nokia 8110 telefon-slayderinin yenilənmiş modelinin satışları Rusiyada başlayıb. Əfsanəvi “Nokia” telefonunun yenidən bazara təqdim edilməsini şirkət bu ilin fevral ayıda elan edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon istifadəyə rahat interfeysə və intuitiv toxunmaq mexanizminə malikdir.
Qapaq slayderin açılıb bağlanması ilə zənglərə cavab verə və zəngi sonlandıra bilərsiniz. Nokia 8110 4GB yaddaşa, MP3 pleyerə, 2 meqapiksel kamera ilə təchiz edilib.
Həmçinin, marka LTE və 3G-ni dəstəkləyir. 8110 şirkətin telefonları üçün ənənəvi olan uzun ömürlüyə və etibarlığa malikdir. Rusiya bazarında qurğu qara və sarı rənglərdə satışa çıxarılacaq. Qiymətinin isə təxminən 6 min rubl (161 manat-red.) olacaq.
Adıçəkilən model ilk dəfə 1996-cı ildə satışa çıxarılıb. Özünün qeyri-adi forması ilə telefon-slayder xalq arasında “banan” adını alıb. 8110 “Matris” (The Matrix) filimində göstərildikdən sonra, böyük populyarlıq qazanıb.
2017-ci ildə isə “Nokia” 3310-u yenidən bazara çıxarıb. 3310-da yeni 8110-da olduğu kimi ekrana malik olub. Daha sonra isə markaya 4G versiyası və Wi-Fi vasitəsilə interneti “yaymaq” imkanı verilib.