Qlobal internet kompaniyası reklamverənlər üçün infrastrukturu dəyişdirib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib. İşin rahatlığı və inkişafı üçün çoxsaylı alətlər cəmi üç platformada Google Ads, Marketing Platform və Google Ad birləşdirilib.



Google Ads markasının altında Google.com-un bütün reklam imkanları yığılmışdır. Məsələn, proqramlarda yerləşdirmə, YouTube-da, Google Play, Google Maps, Google Search və partnyorların saytlarında reklamların yerləşdirilməsi bura daxildir. Google AdWords inteqrasiya olunub. “Google Ads” reklamverənlərə imkan verəcək ki, onlar kiçik bizneslər üçün maşın öyrənmə texnologiyalarından istifadə edərək “smart” kampaniyalar həyata keçirtsinlər. Elanlara, həmçinin lazımı auditoriyaya təsvirləri və tarqetinq-i əlavə etmək mümkün olacaq.



Google Marketing platforması özündə DoubleClick-i və Analytics 360-ı birləşdirib. Şirkətdən bildirilib ki, platforma marketloqlara planlaşdırmağa, almağa, dəyişdirməyə, ölçməyə və bir yerdə rəqəmsal media optimallaşdırmağa kömək olacaq. Platformada Display & Video 360 funksiyası DoubleClick Bid Manager, Campaign Manager, Studio və Audience Centerə əlçatanlıq mümkün olacaq.




Unifikasiya edilmiş “Google Ad Manager” məzmunu idarə etmək və DoubleClick for Publishers və DoubleClick Ad Exchange platformalara qoşulmaq üçün yaradılıb. Hazırda bir yerdə müxtəlif platformalarda – televiziya, desktop, mobil platformaya qoşulu olan reklamları ölçə biləcəksiniz. Kontent istehsalçıları inventariyaya kimlərin daxil olduğunu görə biləcəklər. Bu isə “Google” da reklamverənlər üçün şəffaflığı artıracaq.