“Instagram”ın son yenilənməsinə görə, istifadəçilər “Stories”də olan foto və videoya audio seçə biləcəklər.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilib.


Videonu “Stories”ə əlavə etməzdən öncə, istifadəçilər platformanın qovluğundan münasib bildikləri trekləri seçə biləcəklər. Şəkillərə və videoya baxaraq, istifadəçilər melodiyanı eşidə, həmçinin ifaçının və trekin adını tanıyacaqlar.


Şirkətdən qeyd olunub ki, hazırda “Stories”də videoya musiqinin əlavə edilməsi funksiyası İOS əməliyyat sistemini dəstəkləyən mobil telefonlarda əlçatandır.



“Planlaşdırılır ki, növbəti mərhələdə isə Android əməliyyat sistemləri üçün funksiya dəstəklənəcək”. Şirkətin nümayəndəsi qeyd edib ki, “Instagram” “Stories”in auditoriyasının həcmi gündəlik olaraq 400 milyon nəfərdir.


Qeyd etmək yerinə düşər ki, daha əvvəl “Instagram” bir saat davam edən şaquli videoların paylaşılması mümkün olan yeni IGTV platformasını buraxıb.