Amerikanın iki məşhur fast-food “Burger King” və pivə istehsalçı şirkəti “Budweiser” “Bud”un ən uğurlu reklam kampaniyasını, keçmişdə beynəlxalq reklam festivalı olan “Cannes Lions”da mükafatlandırılmış, reklam fenomenini yenidən yaratmağa (remeyk) qərara gəliblər.
Yeni reklam kampaniyasında dostlu ilə mənzildə qalan və pivə içən birinə “Burger King” kralı yeni burgerləri ilə dostlara zəng edir və qışqırır “Wassuuuuuuuuup” (ingilis dilində olan whats up (nə var nə yox) sözü qısaldılıb.
Yeni reklam kampaniyası, həmçinin sosial şəbəkələrdə də aktiv PR olunub.
Orjinal çarx 1999-cu ildə çəkilib. Daha sonra isə 2008-ci ildə öz davamını ABŞ-ın sabiq prezidenti olan Barak Obamanın seçkiqabağı kampaniyası çərçivəsində alıb. Amma ikinci videoda hər şey heç də rəngli deyil. Dostlardan biri evini və işini itirib, başqası isə İraqda xidmət edir, üçüncü isə sındırılmış əl və boyunla mənzilə daxil olur.
