“Instagram” yeni video zəng funksiyasını təqdim edib. Video çat istifadəçilərə eyni anda məhdudiyyətsiz şəkildə 4 nəfər ilə ünsiyyət qurmağa kömək olacaq.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilib.
Yeni funksiya ilə yaxınlarınız və dostlarınız ilə daim ünsiyyət qura biləcəksiniz. Şirkətdən qeyd ediblər ki, video çat ilə paralel istifadəçilər “Instagram”ın digər funksiyalarından da istifadə edə biləcəklər.
“İndi siz “Instagram Direct” üzərindən bir, ya da qrup şəklində yaxınlarınız ilə ünsiyyət qura biləcəksiniz. Sizin dostlarınız artıq “Instagram”dadır. Video çat ilə siz dostlarınız ilə daha asanlıqla iOS və Android üzərindən, telefonda nömrəyə ehtiyac qalmadan əlaqə qura biləcəksiniz”, - deyə şirkətin açıqlamasında bildirilib.
Bundan başqa, qeyd olunur ki, platformada fotolar üçün yeni effektlər və tematik kanallar yaranacaq. Temantik kanallar vasitəsilə istifadəçilər özlərinin maraq dairəsində olan fotoları asanlıqla tapa biləcəklər.
Daha əvvəl isə qeyd edilmişdi ki, platformada 1 saata qədər davam edən şaquli videolar yerləşdirmək artıq əlçatandır. İstifadəçilər isə bu yeniliyi IGTV üzərindən edə biləcəklər.
