“Facebook” sosial platformasında kriptovalyutanın reklamlarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Amma ICO və “ikili seçimlər” üzrə qoyulan qadağalar isə qüvvədədir”.


Facemark.az xəbər verir ki, bu sözləri məhsulların idarəedilməsi üzrə direktor Rob Lizern sosial platformanın reklam siyasətində baş verən dəyişikliklərdən bəhs edərkən deyib.


Şirkət məhdudiyyətlərin tətbiqindən bu yana, təxminən yarım ildir ki, reklam siyasətində dəyişikliklər üçün axtarışlar edib. Reklam siyasətində baş verən dəyişiklik genişmiqyaslı olub, ona görə ki, şirkət yanlış reklamlar yaymaqla istifadəçiləri aldadan şəxsləri müəyyən etmək istəyib.


Qadağa aradan qalxsa da “Facebook” kriptovalyutanın reklamlarının yerləşdirilməsin olan əngəlləri tam aradan qaldırmayıb. Belə ki, platformada kriptovalyutanın reklamını yerləşdirmək istəyən şəxslər öncə “Facebook”a reklamı yerləşdirmək üçün sifariş verməlidir. Son qərarı isə platformanın özü verəcək.


R. Lizern qeyd edib ki, yanvar ayından qərar gəldik ki, maliyyə məhsullarının reklamında müəyyən dəyişikliklərə gedək: “Dəyişikliklər isə insanları aldadan və “ikili seçimlər”, ICO və kriptovalyuta kimi maliyyə məhsullarının reklamlarına şamil edilmişdi”.


Ola bilsin ki, kriptovalyuta irəliləyişi metodlarının reklamının qadağası həmçinin ilkin icazəyə malik olan elan verənlər üçün aradan qalxacaq. Amma bu yenilik də yenə ICO və “ikili seçim”lərə şamil edilməyəcək.


Qeyd edək ki, şirkətin məhsulların idarəedilməsi üzrə direktorunun da qeyd etdiyi kimi kriptovalyuta, ICO, “ikili seçim” fəaliyyətinə qoyulan qadağa yanvar ayından qüvvədədir. Şirkət bununla platforma üzərindən insanları aldadan fırıldaqçılara qarşı mübarizə aparmaq niyyətində idi. “Facebook”un bu qərarından sonra, oxşar addımı “Google” və “Twitter” də atmışdı.