1 milyard nəfərin istifadəçisi olduğu “Instagram”ın dəyəri 100 milyard dolları keçib. “Instagram” 2012-ci ildə “Facebook” şirkəti tərəfindən 1 milyard dollara alınmışdı.


Facemark.az Bloomberg-ə istinadən xəbər verir ki, bu ayın əvvəlində 1 milyard istifadəçiyi çatan “Instagram”, “Bloomberg Intelligence”in hazırladığı hesabata görə, son 12 ayda 10 milyard dollardan çox qazanc əldə etmiş ola bilər.


Analtik Jitendra Waralın hesabatına əsasən, tətbiq istifadəçilərinin böyük qismini “Facebook”un əsas səhifəsi üzərindən əldə edib. Qarşıdakı 5 ildə isə istifadəçilərinin sayı 2 milyard nəfərə çatacaq.


2018-ci il gəlirlərinin böyük hissəsi bu gün olduğu kimi ana səhifə axışındakı reklamlardan olacaq. TV platformasının (IGTV) isə gəlirdə pay almaq üçün çox yeni olduğu qeyd olunub.


Bildirilib ki, “Instagram” istifadəçi kütləsinin “Facebook”a görə, daha gənc olması reklamverənlər tərəfindən müsbət qarşılanır. “Facebook”un əksinə isə “Instagram” ABŞ-dakı bazarını böyüdə bilib.


“eMarketer”in hesabatına görə isə qarşıdakı il boyunca “Instagram” “Facebook”un gəlirlərinin 16%-ni təşkil edəcək. Araşdırma şirkətinin qiymətləndirməsinə görə, öncəki il isə bu göstərici 10,6% idi.