“Facebook” videonun translyasiyası üçün yeni funksiyaları təqdim edib. Hazırda istifadəçilər öz videolarında sorğu, tapşırıq, test və s. əlavə edə biləcəklər.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni funksiyalar şirkətlərə cavab variantları ilə birgə oyunlarla translyasiyalar həyata keçirməyə imkan verəcək.
Funksiyalar kiçik həcmli videolarda, o cümlədən oyun şousu yaratmaq üçün istifadə edilə bilər. Tok-şouda interaktiv mühit yaratmaq üçün həmişə studiyodakı auditoriyadan istifadə olunur. Təsəvvür edin ki, hazırda isə videoya baxan auditoriya məzmunun yaradılmasında birbaşa iştirak edə biləcəklər.
Şirkətin açıqlamasında isə bildirib ki, auditoriya məzmunun yaradılmasında daha aktiv iştirak edəcəksə, bu halda video da maraqlı alınacaq. Məsələn, videoya cavab variantları ilə birgə əlavə edilən suallar istifadəçilərin fikrini daha çevik şəkildə almağa kömək olacaq. Onlardan xahiş etmək olar ki, öz sevimli personajlarına səs versinlər və ya süjetin sonrakı inkişafı haqqında fikirlərini bölüşsünlər. “Facebook”un yeniliyi çərçivəsində yaradılan ilk viktorina artıq elan edilib. “Confetti” adlanan viktorina “Business Insider” nəşri ilə birgə hazırlanıb.
“Facebook” şirkətindən qeyd ediblər ki, onlar istifadəçilərin cavablarına qulaq asmağa və sonrakı mərhələdə əlavə alət və funksiyaları inkişaf etdirməyə hazırlaşırlar. Bundan əlavə, qeyd olunub ki. “Facebook Messenger”ə avtomotik oynatma ilə videoreklamlar gələcək. Ekspertlər isə hesab edir ki, bu “Facebook” tərəfindən atılan məntiqli addımdır: “Çünki onsuz da ana səhifədə reklam yerləşdirmək üçün yer demək olar ki, tükənir”.