İnternet şirkəti yeni konsepsiyasını, brendinq və xidmətin 20 illiyi ilə bağlı olaraq özəl funksiyalarını təqdim edib. “Mail.Ru Group” şirkəti biznes idarəedilməsinin açarı adlandırdığı yeniliklərini “Mail.ru” üzərində tətbiq edib və ictimaiyyətə açıqlayıb.


Facemark.az xəbər verir ki, yenilənmə çərçivəsində şirkət poçtun minimal dizaynda hazırlanmış yeni loqotipini də elan edib.


“Mail.Ru Group”un texnikanın öyrənilməsi üzrə rəhbəri Eduard Tyantov isə jurnalistlərə deyib ki, daha sonra yenilənmə “Mail.Ru Group”un bütün servislərinə təsir edəcək.


Yeni poçtun konsepsiyası ondan ibarətdir ki, xidmət daha “ağıllı”, faydalı və təhlükəsizdir. “Poçt xidməti insanlara istiqamət verməlidir ki, onlar üçün nə vacibdir və nə vacib deyil. Poçt lazımsız məlumatları istifadəçiyə ötürməməli, problemi həll etməlidir ki, onlar vacib olan informasiyaları əldə edə bilsinlər”, - deyə “Mail.Ru Group”un vitse-prezidenti Anna Artamonova bildirib.



Vitse prezident əlavə edib ki, “Mail.Ru”nun yeni konsepsiyası “EGO” adlandırılıb. Konsepsiyanın yeni adından danışan vitse prezident deyib ki, poçt xidmətində hər şey insan və onun məqsədləri ətrafında qurulur.


Yeni “ağıllı” funksiya məktubların çeşidlənməsini həyata keçirəcək. “Mail.Ru” onlayn mağazasından gələn mesajlar bir qrupda sifariş nömrəsinə görə toplanılacaq. Həmçinin, status da servisdə əks olunacaq. Məktubların yuxarıda qeyd olunan şəkildə qruplaşması indi “AliExpress”də də test olunur. Sosial şəbəkələrdən gələn göndərişlər isə “Smart groups” texnologiyası ilə 2 qrupda cəmləşəcək. Belə qruplar istifadəçilərə kömək olacaq ki, onlar gələn məktubların məzmununa rahatlıqla baxa bilsinlər.



Şirkət pilot rejimində məktub üzərindən hesabların ödənişi funksiyasını buraxıb. Hazırda siz qəbz üzrə pulu Rusiya telekommunikası və ivi.ru və Litres üzərindən göndərə biləcəksiniz. Kompaniyanın vitse prezidenti əlavə edib ki, “Mail.Ru” belə bir yeniliyin tətbiqi üçün Mənzil və Kommunal Xidmətləri ilə danışıqlar aparır.


Qeyd etdiyimiz kimi şirkətin yenilənməsi “Mail.Ru”nun təhlükəsizliyinə də sirayət edib. “Marshal” neyron şəbəkə xidmətinin köməyi ilə istifadəçilərin davranışları öyrəniləcək. Əgər şəbəkə hər-hansı bir istifadəçini şübhəli görərsə, onu dərhal bloklayacaq. İstifadəçilərə isə parollarının dərhal dəyişdirilməsi barəsində bildiriş gedəcək. Yenilənmə poçtu hakerlər tərəfindən sındırılmasının qarşısını almaq üçün hazırlanıb. Həmçinin şəbəkə özü-özünü yoxlamaq üçün sizə poçtunuzun təhlükəsizliyi üçün giriş keçmişini görməyinizə icazə verəcək.