Çin markası, qadcetlərin istehsalçısı “Xiaomi” şirkəti Rusiya bazarında yeni telefon markası üçün dijital kampaniyaya başlayıb.
Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilib.
Videoçarx şirkətin hələ flaqmanda olan smartfonunun gecə çəkilişlərinin imkanlarından bəhs edir. Çəkilişlər isə Moskvanın mərkəzində yerləşən tarixi yerlərdə-Böyük Dmitrovka, Petrovski yol sarayında çəkilib.
Reklam kampaniyasının ərsəyə gəlməsində BeER, başqa adla BeGroup və Gre-Gor studiyası məşğul olub. BeEr-in nümayəndəsi Timofey Butırin yeni kampaniya ilə bağlı deyib ki, reklam çarxı markanın populyarlığını deyil, dəmir potensialını və etibarlığını göstərmək üçün hazırlanıb.
Qeyd edək ki, Rusiyada yeni reklam kampaniyasının ərsəyə gəlməsi üçün işi “Xiaomi”nin regional brend-meneceri Toni Venq tapşırıb. Gre-Gor-dan rejissor “kreslosu”na isə Aleksey Qreçişkin əyləşib.