Populyar foto və video paylaşım tətbiqi olan “Instagram”a məqsədinin fövqündə olan yenilik gəlir.


Facemark.az-ın məlumatına görə, “Wall Street Journal” (WSJ) xəbər verir ki, istifadəçilər 1 saat çəkən videoları da “Instagram”a yükləmək imkanına sahib olacaqlar.


Platforma hazırda video kontent üçün 60 saniyə, hekayələr üçün isə 15 saniyəyə qədər olan videolara icazə verir. WSJ-nin mənbələrinə görə, adıçəkilən uzun videoların kontent istehsalçıları üçün də açıq olacağı gözlənilir.


Jurnala görə, “Instagram”da 1 saata qədər yüklənə bilən uzun videolar üfüqü formatdan fərqli olaraq, şaqulu formata yönləndirilib.


Güman edilir ki, “Instagram”da vaxtın uzadılması ilə bərabər, istifadəçilərin platformada keçirtdiyi vaxtda artacaq.


Qeyd edək ki, “Instagram”dan məsələ ilə bağlı rəsmi açıqlama edilməyib. Bütün iddialar isə sadəcə “Wall Street Journal”a aiddir.


Yeni funksiyanın nə zaman gələcəyi ilə bağlı iddialar isə yoxdur. Ancaq bugünə qədər qısa videolara fokuslanan “Instagram”ın, köklü dəyişikliklə yanaşı, tətbiqin reklam gəlirləri üçün yeni fürsətlər gətirəcəyi də dəqiqdir.