Türkiyənin Statistika Komitəsi və Gömrük və Ticarət Nazirliyinin əməkdaşlığı nəticəsində ölkənin xarici ticarəti haqqında hesabat açıqlanıb.
Facemark.az xəbər verir ki, məlumata görə, 2018-ci ilin yanvar ayında ölkədə ixracat 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10,7% artaraq 12 milyard 457 milyon dollara, idxalat isə 38% artaraq 21 milyard 524 milyon dollara çatıb.
Qurum xarici ticarət üzrə hesabatında texnologiya məhsullarına da yer verib. Hesabata görə, istehsal sənaye məhsullarının ümumi ixracatdakı payı 92,4%-dir. Yüksək texnologiya məhsullarının sənaye məhsulları ixracatı içindəki payı 3,3%, orta yüksək texnologiya məhsullarının payı isə 35,2% səviyyəsində olub.
Orta səviyyəli texnologiya məhsullarının payı 26,6% və aşağı səviyyəyə sahib məhsulların ümumi ixrcat istehsal sənayesi payı içindəki payı isə 34,9% səviyyəsində qərarlaşıb.
Ölkənin idxalatdakı mənzərəsi ilə bağlı hesabat isə bu şəkildədir: İstehsal sənaye məhsullarının ümumi idxalatdakı payı 79,8%-dir. 2018-ci ilin yanvar ayında yüksək texnologiya məhsullarının istehsal sənaye məhsulları idxalatı içindəki payı 13,2%, orta yüksək texnologiya məhsullarını isə 38,2% şəklində olub.
Yüksək texnologiya məhsulları üzrə ixracat 381 milyon dollar, idxalat 2,2 milyard dollar, orta yüksək texnologiya məhsullar üzrə ixracat 4,04 milyard dollar, idxalat 6,5 milyard dollar, orta aşağı texnologiya məhsulları üzrə ixracat 3,06 milyard dollar, idxalat 6,4 milyard dollar, aşağı texnologiya məhsulları üzrə ixracat 4,01 milyard dollar, idxalat 1,88 milyard dollar olub.
Turkcell
“Turkcell” fevralda Barselonada təşkil edilən Mobil Dünya Konqresində (MWC) texnologiya ixracatı ilə bağlı ipuçları verib. MWC-də şirkətin rəsmiləri açıqlamışdı ki, “Turkcell”, “Lifecell Ventures” adını verdiyi şirkəti ilə dünyadakı istənilən operatora BiP, fizy, Dergilik, Lifebox, Hesabım, Paycell, Hızlı Giriş, Upcall və RTM kimi xidmətləri müştərilərinə satacaq. Hazırda “Turkcell”də 31 dəqiqəlik axtarış müddətinə əlavə olaraq TV+ ilə 63, BiP ilə 46, fizy ilə 24, Dergilik ilə 27 dəqiqə daha müştərilərimiz ilə əlaqə qurulur. Bundan əlavə, müştərilər Hesabım, Paycell kimi xidmətlər üzərində hər gün milyonlarla əməliyyat həyata keçirir. “Turkcell” ixracat həmləsi çərçivəsində ilk əməkdaşlığı “Moldova”nın “Moldcell” ilə edib. Tərəflər arasında edilən əməkdaşlığa görə, “Moldcell” müştəriləri “lifebox” və “BİP” istifadə edəcək.
Sistem 9 Medya
Dijital yayım və bilgiləndirmə ekranları (digital signage) sahəsində fəaliyyət göstərən Sistem 9 Medya 2005-ci ildə qurulub. Xidmətlərində istifadə edilən S9Vision Digital Signage proqramını istehsalı tamamilə özünə aid olan Sistem 9 bu yazılımı 18 ölkəyə ixrac edir. Bu ölkələr arasında ABŞ, İngiltərə, Hollandiya, Almaniya, İsveç, Belçika da var. Sistem 9, S9Vision DS ilə hazırda Türkiyədə fərqli sənayelər sahələrindən 200-dən çox yerli və xarici firmaya xidmət edir. Xidmət verdikləri beynəlxalq firmaların xaricdə olan şöbə və mağazalarında da S9Vision DS istifadə olunur. Sistem 9-un həlləri bu gün 100-dən çox orta və böyük ölçülü quruma özəl xidmət verir. 18 ölkədə 40 mindən çox ekran idarəedilməsi ilə sektorunda Türkiyə və Avropa bazarlarında diqqət çəkir.
Vispera
“Vispere” yenilikçi pərakəndəçiliyi dizayn edən qlobal hədəfli layihədir. 2014-cü ildə Prof. Dr. Aytül Erçil ve Dr. Ceyhun Burak Akgül tərəfindən yaradılıb.
Etiya
Proqram təminatçısı olan “Etiya” şirkəti ilk ixracatı Şimali Amerikaya edib. “Etiya” Şimali Amerika bazarının liderlərindən biri olan, xalqa açıq telekommunikasiya operatorlarından biri ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. “Etiya”nın baş icraçı direktoru Aslan Doğa deyib ki, bu əməkdaşlıq bir dəfəyə edilmiş, Türkiyənin ən böyük proqram ixracatlarından biridir. Bundan başqa, “Etiya” süni zəka sahəsindəki işləri və “Cognitus” adında platforması ilə proqram təminatında süni zəka, bulud üzərindən proqramların əlçatanlığını yaradır. “Cognitus” təbii dil təcrübəsi ilə insanların istifadə etdiyi dilin sistemlərin də başa düşməsinə şərait yaradır. Hazırda türkçə və ingilis dilini dəstəkləyən “Cognitus” yaxın zamanda ərəb dilini də dəstəkləyəcək.
AirTies
Daha çox modem və şəbəkə həlləri ilə tanınan “AirTies”, ABŞ-ın yerli kabel və genişzolaqlı provayderi olan “Midcontinent Communications”a həll təklifi verməyə başlayıb. 2015-ci ildə başlayan bu əməkdaşlıq ilə AirTies, simsiz internet texnologiyasını ABŞ-a ixrac edən ilk Türk şirkəti oldu. “Midcontinent Communications”, ABŞ, Minnesota, Şimali Dakota, Cənubi Dakota və Viskonsində internet, kabel televiziyası, ev avtomatlaşdırılması və ev telefonu xidmətləri sahəsində 300-dən çox abonentə xidmət göstərir.
NETAŞ
2017-ci ildə 50 ilini qeyd edən Netaş, Türkiyənin texnologiya sahəsində ixrac edən ən əhəmiyyətli markaları arasında yer alır. Netaş, bu gün 800-dən yaxın mühəndisin cəmləşdiyi Ar-Ge mərkəzində inkişaf etdirdiyi yenilikçi həllərlə Türkiyədəki telekom sektoru firmaları arasında ən çox patent müraciəti edən üçüncü şirkət mövqeyindədir. Şirkət son beş ildə Türkiyənin proqram həlləri satan şirkətləri arasında birinci olub. “NETAŞ” 2017-ci ildə dövlət orqanları tərəfindən təşkil edilən Türkiyənin “500 Böyük Xidmət İxracatçı Firması” araşdırmasında “İnformasiya xidmətləri”kateqoriyası üzrə birinci yerdə qərarlaşıb.
Mənbə: digitalage
