“Facebook”un adı yenə istifadəçilərin məlumatlarının icazəsiz əldə edilməsi ilə bağlı hallanır.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “New York Times” yazır ki, şirkət son 10 il içərisində dünyanın 60 smartfon istehsalçısına istifadəçilərinin məlumatlarını verib. Bu kompaniyalar arasında “Apple”, “Amazon”, “BlackBerry”, “Microsoft” və “Samsung”un adı çəkilir.


İddialara görə, “Facebook” ilə smartfon istehsalçıları arasında edilən razılıq, sosial platformaya “ağıllı” telefonlara yüklənən tətbiqlər vasitəsilə təsir dairəsini genişləndirməyə imkan verib.


Hətta qeyd olunur ki, adıçəkilən istehsalçılar öz istehlakçıları haqqında məlumatdan yanaşı, icazə olmadan onların dostlarının haqqında da informasiya əldə edib.


Sosial şəbəkənin rəsmiləri isə iddialara cavab olaraq deyib ki, məlumatlara giriş haqqında telefonların istehlakçıları ilə bütün razılaşmalar şirkətin qaydalarına uyğundur.


İddialarda o da qeyd olunur ki, bəzi istehsalçıların informasiyaya əlçatanlığı hələ də davam edir. Buna baxmayaraq son günlər “Facebook” tədricən onlar ilə əməkdaşlıqdan imtina etməyə başlayıb.


Ancaq belə əməkdaşlıqlar ABŞ hakimiyyəti tərəfindən narahatlıqla qarşılanır. Onlar şirkətin rəhbəri Mark Zuckerbergdən şəxsi məlumatların toxunulmazlığı qaydalarına riayət edilməsini tələb edirlər. Beləlikə, şirkət informasiyanın qorunması sahəsində ABŞ qanunvericiliyinin tələblərini poza bilər, çünki tərəflər arasındakı bütün əməliyyatlar istifadəçilərin razılığı olmadan həyata keçirilib.


Xatırladaq ki, daha əvvəl “Facebook” ətrafında “Cambridge Analytica” qalmaqalı baş vermişdi. Şirkət 80 milyon istifadəçinin məlumatlarının “Cambridge Analytica” şirkəti tərəfindən ələ keçirilməsinə görə ittiham olunurdu. Mark Zuckerberg isə söz vermişdi ki, o istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı ciddi işlər görəcək.