Türk mobil oyun şirkəti “Gram Games” 250 milyon dollara dünyaca məşhur oyun istehsalçısı “Zynga” tərəfindən alınıb.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il “Gram Games” mobil oyun şirkəti “Merge Dragons” ilə ən çox qazanan ilk 50 oyun içərisində yer almışdı.
Şirkətin təsisçisi Mehmet Ecevit isə satış ilə bağlı deyib ki, “2012-ci ildən bu günə qədər uğurla davam edən “Gram Games” mədəniyyətini, İstanbul və Londondakı studiyalarda çalışan istedadlı komandamızı və ərsəyə gətirdiyimiz uğurlu oyunları, “Zynga” şirkətinin dünya miqyasında məşhur təşkilatı ilə birləşdirməkdən qürur duyuruq. “Zynga”nın dünyanı oyunlarla bağlamaq missiyasına çox inanırıq və komanda ilə birlikdə onlar ilə çalışmaq üçün çox həyəcanlıyıq”.
“Zynga”nın baş icraçı direktoru Frank Gibeau isə bildirib ki, “Türk mobil oyun şirkəti “Gram Games” komandasının müstəqil mədəniyyəti və yaradıcı oyun üsulları bizi çox təsirləndirib. Onlar sürətlə hərəkət edərək, zövqlü, oynamağı asan, asılılıq yaradan bilən oyunlar istehsal edirlər”.